[5:114]
Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil
et ki, o bizim həm birincimiz, həm də
axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö'cüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"
[5:115]
Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər
övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!"
[5:116]
(Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin? "(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş
olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
[5:117]
Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Nə qədər ki, onların
arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi ?zün oldun. Yalnız Sən hər şeyə şahidsən!
[5:118]
Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin
qullarındır. Əgər onları
bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən" (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)
[5:119]
Allah buyurdu: "Bu
(qiyamət günü) elə bir gündür ki,
düz danışanlara
düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah
onlardan, onlar da Allahdan
razıdırlar. Bu, (mö'minlər üçün) böyük qurtuluşdur (uğurdur)!"
[5:120]
Göylərin, yerin və onlarda olan hər şeyin
hökmü Allaha məxsusdur. Allah hər şeyə
qadirdir!