Al-Anâm
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[6:1]
Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tə'rif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.
[6:2]
Sizi palçıqdan
yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın)
yanında mə'lum bir əcəl
də (bütün ölülərin diriləcəyi
qiyamət günü) vardır. (Bütün
bunlardan) sonra siz yenə də şübhə edirsiniz!
[6:3]
Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa,
tutduğunuz (bütün) əməlləri də O bilir!
[6:4]
Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!
[6:5]
Onlara
haqq olan (Qur'an) gəldiyi zaman onu
yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının (Qur'anın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!
[6:6]
Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer
üzündə sizə (məkkəlilərə) vermədiyimiz
imkanlar (qüvvət və
sərvət)
vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının)
altından çaylar axıtmışdıq. Biz
onları
günahlarına görə məhv etdik və
onlardan sonra başqa yeni bir nəsil
(ümmətlər)
yaratdıq.
[6:7]
(Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab
nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş
olsaydılar belə, kafirlər yenə də: "Bu,
açıq-aydın bir sehrdir", - deyərdilər.
[6:8]
Onlar dedilər: "Məgər ona (Həzrəti-Muhəmmədə peyğəmbərliyinin həqiqi
olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?" Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi.