[6:9]
Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam
olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq.
[6:10]
Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular.
Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.
[6:11]
(Ya Rəsulum!) De: "Yer üzünü
dolaşın və sonra görün
ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?"
[6:12]
De: "Göylərdə və yerlərdə olanlar kimindir?"
De: "Allahındır!" O ?z- ?zünə rəhmli olmağı
yazmışdır. (Bəndələrinə qarşı rəhmli
olmağı ?zü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına
heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. ?zlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!
[6:13]
Gecədə və gündüzdə mövcud olan
hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir.
[6:14]
(Ya Rəsulum!) De: "Mən göyləri və yeri yaradan, hamısını bəsləyib ?zü bəslənməyən (hamını yedirdib ?zü yeməkdən uzaq olan) Allahdan
başqasını özümə Rəbbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və
müşriklərdən olma!" (deyə buyuruldu).
[6:15]
De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxaram".
[6:16]
O gün kim əzabdan qurtulsa,
şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın
qurtuluşdur (uğurdur).
[6:17]
Əgər Allah sənə bir sıxıntı
versə, (səni ondan) Allahdan başqa
heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Cünki O, hər şeyə qadirdir!
[6:18]
O ?z qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!