[6:36]
(Sənin də'vətini) ancaq cani-dildən eşidənlər qəbul edər. ?lüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar.
[6:37]
(Məkkə müşrikləri) dedilər: "Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö'cüzə endirilməli deyildimi?" De: "Allah mö'cüzə endirməyə qadirdir. Lakin onların
çoxu (belə bir mö'cüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz!
[6:38]
Yerdə gəzən elə bir heyvan, qanadları
(iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin
kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da
ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar
da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şə'ninə tə'rif deyirlər). Biz Kitabda
(Qur'anda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.
[6:39]
Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah
istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər.
[6:40]
(Müşriklərə) de: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan
başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğrudanışanlarsınızsa (deyin görək)!"
[6:41]
Xeyr, yalnız Ona (Allaha)
dua edib yalvaracaqsınız. O əgər istəsə,
yalvardığınız bəlanı aradan
qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız.
(Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir
şərik qoşmayın!)
[6:42]
Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar.
[6:43]
Barı, əzabımız onların başlarının üstünü
alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.
[6:44]
(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq
məqsədilə) hər şeyin (bütün ne'mətlərin)
qapılarını onların üzünə açdıq.
(Kafirlər) özlərinə verilən ne'mətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.