[6:45]
Artıq
o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!
[6:46]
(Ya Rəsulum!) De: "Bir deyin görüm, əgər Allah sizin
qulaqlarınızı və
gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları
sizə Allahdan qeyri hansı
tanrı qaytara bilər?" Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.
[6:47]
De: "Bir deyin
görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan
başqası həlak edilərmi?"
[6:48]
Biz
peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib
yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[6:49]
Ayələrimizi təkzib edənlərə isə
qazandıqları günahlara görə əzab üz verəcəkdir!
[6:50]
De: "Mən sizə demirəm ki, mənim yanımda
Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən
yalnız özümə gələn
vəhyə tabe oluram". De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?"
[6:51]
Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Qur'anla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi
və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!
[6:52]
(Ya Rəsulum!) Rəbbinin
camalını (rizasını) diləyərək
səhər-axşam
Ona dua edənləri yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də
(onları qovsan) zalımlardan olarsan.