[6:60]
Sizi gecələr yuxuya daldıran (bu minvalla
sizi bir növ ölüm halına
salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz
(yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna
qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.
[6:61]
(Allah) ?z bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi
Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun
canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!
[6:62]
Sonra insanlar Allahın
- özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!
[6:63]
(Ya Rəsulum!) De: "Gizlində (Allaha) dua edib:" Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq",
- deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?"
[6:64]
De: "Sizi ondan xilas
edən və hər bir qəmdən qurtaran Allahdır.
(Bütün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?"
[6:65]
De: "Allah
başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında
qarışdırmağa və birinizə digərinizin zorunu
daddırmağa qadirdir!"
Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!
[6:66]
(Ya Rəsulum!) Sənin camaatın
onu (Qur'anı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: "Mən sizin vəkiliniz deyiləm!"
[6:67]
Hər bir xəbərin (Qur'anda sizə xəbər verdiyim əzabın Allah
tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz.
[6:68]
(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan
sonra o zalım tayfa ilə bərabər oturma.