[6:69]
Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə,
(kafirlər onun tə'sirilə) pis əməllərdən
çəkinsinlər.
[6:70]
Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi
(və ya aldatdığı)
şəxsləri boşla getsinlər. (Onlara
Qur'anı) xatırlat ki, heç kəs
qazandığı əmələ görə
özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba
düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!
[6:71]
De: "Biz Allahı qoyub
bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: "Bizə tərəf gəl!" - deyərək
haqq yola çağırırdılar! De: "Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
[6:72]
Həmçinin: "Namaz
qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!" (deyə buyurulmuşdur)".
[6:73]
Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!"
deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən
də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!