[6:74]
(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və
sənin tayfanı
açıq-aydın zəlalət içində görürəm!"
[6:75]
Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə
yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!
[6:76]
Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb:
"Bu mənim Rəbbimdir!" dedi.
(Ulduz) batdıqda isə: "Mən batanları
sevmirəm", söylədi.
[6:77]
(Sonra) doğan ayı
görüb: "Bu mənim Rəbbimdir!" - dedi. (Ay)
batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru
yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım", -
söylədi.
[6:78]
(Daha sonra) doğan günəşi görüb:
"Bu mənim Rəbbimdir, bu, daha böyükdür!" - dedi. (Günəş)
batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik
qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam!
[6:79]
Mən, həqiqətən, batildən haqqa
tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana
çevirdim. Mən (Allaha) şərik
qoşanlardan deyiləm!"
[6:80]
Tayfası
onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi:
"Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər
hansı bir şey (bəla,
müsibət) istisna olmaqla, mən sizin Ona şərik
qoşduğunuz bütlərdən qorxmuram. (Onlar
mənə
heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (?z əzəli elmi ilə) ehtiva etmişdir. Məgər
düşünüb ibrət almırsınız?
[6:81]
Allahın
sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan
qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz
şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?