[6:82]
İman
gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
[6:83]
Bu
bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin
hikmət sahibi, elm sahibidir.
[6:84]
Biz
İshaqı və Yə'qubu Ona əta etdik. Onların hər
birini hidayətə (peyğəmbərliyə)
çatdırdıq. Bundan
əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.
[6:85]
Zəkəriyyanı, Yəhyanı, İsanı,
İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən
idi.
[6:86]
Biz, həmçinin İsmaili, Əlyəsə'i, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və
onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq.
[6:87]
Biz
onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə
çatdırdıq), onları seçdik və düz yola yönəltdik.
[6:88]
Bu,
Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.
[6:89]
Onlar Bizim kitab,
hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların
yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).
[6:90]
Onlar
(adları çəkilən peyğəmbərlər) Allahın doğru
yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu
tutub get. De: "Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Qur'an)
aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)".