[6:91]
Onlar (yəhudilər): "Allah heç bir bəşərə bir şey (Qur'an) nazil etməmişdir", - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi
kitabı (Tövratı) kim
nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu
da gizlədirsiniz. (Əslində) siz (Qur'an vasitəsilə)
özünüzün və
atalarınızın
bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: "Allah!" deyib
çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (?zlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).
[6:92]
Bu
(Qur'an) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir
kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı
insanları (Allahın əzabı ilə) qorxutmaq üçün
nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da
qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar).
[6:93]
Allaha iftira yaxan,
özünə heç bir vəhy olunmadığı halda: "Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi
(Qur'an) kimi bir kitab endirəcəyəm", - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb:
"Cıxarın canlarınızı! Siz bu
gün Allaha qarşı nahaq sözlər
danışdığınıza və Onun ayələrinə
təkəbbür göstərdiyinizə
görə alçaldıcı bir əzabla
cəzalandırılacaqsınız!" - dediklərini görəydin!
[6:94]
Siz
Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz
(var-dövləti, əhli-əyalı) arxanızda
(dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə)
öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi
görmürük. Artıq aranızdakı (rabitə) qırılmış
və (Allaha şərik) iddia etdikləriniz (bütlər)
də sizdən (uzaqlaşıb) qeyb olmuşdur.