[2:89]
Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab
(Qur'an) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün ("Tövratda
adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!" - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib)
ona inanmadılar. Allah kafirlərə lə'nət eləsin!
[2:90]
Allahın ?z
qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini
(Qur'anı) inkar etməklə (yəhudilərin) vicdanlarını
satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı)
Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!
[2:91]
Onlara: "Allahın
nazil etdiklərinə (İncilə və Qur'ana) inanın!"
- deyildikdə, onlar: "Biz özümüzə göndərilənə (Tövrata) inanırıq", -deyərək, ondan
başqasını (sonrakını) inkar edirlər. Halbuki o (sonra
göndərilən Qur'an) onların əllərində olanı
(Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: "Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?"
[2:92]
Musa sizə açıq-aydın dəlillər (mö'cüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa Tur
dağına getdikdən sonra) buzova
sitayiş edərək (özünüzə) zülm etdiniz.
[2:93]
Yadınıza
salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış
və: "Sizə verdiyimizdən
(Tövratdan) möhkəm
yapışın, (oradakı hökmləri) eşidin!"
(demişdik). Onlar (sizin ata-babalarınız) isə: "Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!" - dedilər. Cünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: "Əgər iman gətirmisinizsə, imanınızın
sizə belə əmr etməsi necə də pisdir!"