[6:95]
Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan
(ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan)
Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?
[6:96]
(Gecənin zülmətindən) səhəri yarıb çıxaran,
gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
[6:97]
Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün
ulduzları sizin üçün yaradan da
Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.
[6:98]
Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin
üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat
üçün belə müfəssəl bəyan etdik.
[6:99]
Göydən su (yağış)
endirən Odur. Biz onunla hər bir bitkini
yetişdirdik, yaşıl
fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz
xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış
salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları,
bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt
meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda
(Allahın ?z qüdrəti ilə yaratdığı bu
şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.
[6:100]
Cinləri (Allah)
yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə
inandıqlarını, nə
danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar
uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəksə durur.
[6:101]
O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı
ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O
yaratmışdır. O, hər şeyi biləndir!