[6:143]
(Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi. De:
"(Allah) iki erkəyi, yoxsa iki
dişini, yaxud da iki
dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu
bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!"
[6:144]
(Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: "(Allah) iki erkəyi, yoxsa iki
dişini, yaxud da iki (müxtəlif cinsli)
dişinin
qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu
(iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı
yalan uyduran şəxsdən daha zalım kim ola
bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!
[6:145]
(Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar
olduqları üçün ölü
heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan
bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)". Cünki sənin Rəbbin, həqiqətən,
bağışlayandır, rəhm edəndir!
[6:146]
Yəhudilərə dırnaqlı heyvanların hamısını haram
etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan
yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi
aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru
olanlarıq!