[2:94]
(Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. "Əgər (sizin iddianıza
görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!" (Cünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona
qovuşmaga səbəb olan ölümü mütləq arzulayar).
[2:95]
(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!
[2:96]
Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il
yaşasın, halbuki (uzun
ömür etmək) onların heç birini
axirət əzabından
uzaqlaşdırmaz. Allah
onların nə etdiklərini görəndir!
[2:97]
(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Qur'anı)
özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, mö'minlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.
[2:98]
Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da
(belə) kafirlərə düşməndir.
[2:99]
(Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları
yalnız fasiqlər inkar edərlər.
[2:100]
(Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu
pozmadımı?! Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.
[2:101]
Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda
Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.