Al-A‘râf
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[7:1]
Əlif, Lam, Mim, Sad.
[7:2]
Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və mö'minlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan
(onun təbliğindən) ötrü ürəyində bir sıxıntı
olmasın!
[7:3]
Rəbbinizdən sizə nazil edilənə (Qur'ana) tabe olun.
Allahı qoyub başqa dostlara uymayın.
Siz öyüd-nəsihətə olduqca az qulaq
asırsınız!
[7:4]
Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut
peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud
(Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi.
[7:5]
Əzabımıza düçar olduqları zaman onların: "Biz həqiqətən, zalım olmuşuq!"
- deməkdən başqa heç bir
sözləri olmamışdır.
[7:6]
(?zlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik.
[7:7]
Sonra da onlara (nə etdiklərini) bildiyimiz
üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik
(onların yanındaydıq).
[7:8]
O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!
[7:9]
Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.
[7:10]
Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az
şükür edənlərsiniz!
[7:11]
Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan
olmadı.