[7:31]
Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!
[7:32]
(Ya Peyğəmbərim!) De: "Allahın ?z bəndələri üçün
yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram
buyurmuşdur?" De: "Bunlar dünyaya
iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız mö'minlərə məxsusdur". Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.
[7:33]
De: "Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və s.), hər cür günahı,
haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir
şeyi Ona şərik
qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur.
[7:34]
Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı)
vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!"
[7:35]
Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq
pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[7:36]
Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!
[7:37]
Allaha iftira yaxan, Onun
ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola
bilər? Kitabda (lövhi-məhfuzda)
yazılmış qismətləri onlara çatacaqdır.
Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: "Allahdan başqa
ibadət etdiyiniz bütləriniz haradadır?"
- deyincə: "Onlar bizi qoyub qaçdılar!" - deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına
şahidlik edəcəklər.