[7:58]
Təmiz (torpağı münbit)
bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol,
vaxtında) çıxar. Pis
(torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) yetişər. Biz ayələrimizi (ne'mətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik.
[7:59]
Biz Nuhu öz
tayfasına (peyğəmbər) göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur.
Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
[7:60]
Tayfasının
başçıları ona! "Biz səni (haqq yoldan) açıq-aydın azmış
görürük!, - deyə cavab
verdilər.
[7:61]
(Nuh) dedi: "Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir
peyğəmbərəm!
[7:62]
Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!
[7:63]
Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin
də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam
(peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?"
[7:64]
Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları
xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər.
[7:65]
Ad tayfasına da
qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin ondan
başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?"
[7:66]
(Hud) tayfasının
kafir başçıları ona: "Biz səni safehlik içində görür və yalançılardan (biri) hesab edirik!" - deyə cavab verdilər.
[7:67]
(Hud) dedi: "Ey
camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir
peyğəmbərəm!