[2:102]
(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların
oxuduqlarına (sehr kitablara)
uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir
olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan
öyrənirdilər. Lakin onlar
(sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın
alanların (Allahın
kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı
olmadığını yaxşı bilirlər. Kaş ki,
onlar özlərini nə qədər yaramaz bir şeyə
satdıqlarını biləydilər!
[2:103]
Əgər onlar (Qur'ana və Peyğəmbərə) iman gətirib pis əməllərdən (sehrə uymaqdan) çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha
xeyirli olardı. Kaş ki, bunu
dərk edəydilər.
[2:104]
Ey iman gətirənlər! "Raina" deməyin (bu söz ərəb dilində
"bizi qoru", "bizdə gozün olsun", "bizə bax", "bizi gözlə", "bizə qayğı və ehtiram
göstər", mə'nalarında
işləndiyi halda, ibrani dilində
yuxarıdakı mə'nalarla
yanaşı, "bizə çobanlıq
et", "bizim çobanımız"; "ay səfeh" mə'nalarında da
işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), "unzurna"
söyləyin! (Allahın
hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.
[2:105]
(Ey mö'minlər!) Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah ?z mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (ne'mət) sahibidir!