[7:96]
Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki,
onların başlarına göydən və yerdən bərəkət yağdırardıq
(göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq).
Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları
qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.
[7:97]
Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?
[7:98]
Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?
[7:99]
Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-ne'mət içində yaşadıqları
halda qəflətən onlara əzab gondərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın
ola bilməz!
[7:100]
Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara
(onların yerinə gələnlərə) aydın
olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşıtməzdilər?
[7:101]
(Ya Rəsulum!) O məmləkətlərin bə'zi xəbərlərini (əhvalatlarını)
sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (mö'cüzələr) gətirmişdilər. (Həmin məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (mö'cüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah
kafirlərin ürəklərini belə
möhürləyər.
[7:102]
Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun
əmrlərini pozmuş) günahkar kəslər gördük.
[7:103]
Onlardan sonra Musanı
mö'cüzələrimizlə Fir'ona və onun ə'yanlarına
(peyğəmbər) göndərdik. Onlar (həmin mö'cüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!
[7:104]
Musa dedi: "Ey Fir'on!
Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!