[7:156]
Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada
yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib
bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!" (Allah) buyurdu: "İstədiyimi əzabıma düçar
edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə yazacağam!
[7:157]
O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı
işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne'mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Qur'anın)
ardınca gedənlər məhz onlar nicat tapanlardır!"
[7:158]
(Ya Rəsulum!) De: "Ey insanlar!
Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur,
Ondan başqa heç bir tanrı
yoxdur. O dirildir və öldürür.
Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın
sözlərinə (ayələrinə, nazil etdiyi kitablara)
inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!"
[7:159]
Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.