[7:160]
Biz onları
(İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan
içməyə) su istədiyi zaman ona:
"Əsanı daşa
vur!" - deyə vəhy etdik. (Əsanı
daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz
buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara:
"Sizə ruzi olaraq verdiyimiz pak ne'mətlərdən yeyin!" dedik. Onlar
(naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!
[7:161]
(Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: "Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, "hittə"
("bizi bağışla") deyin və qapıdan
(Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki,
günahlarınızı
bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!"
[7:162]
Lakin (İsrail
oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib
başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.
[7:163]
(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla
Allahın əmrini pozub) həddi
aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan
edildiyi, ibadətlə məşğul olmaq
buyurulduğu üçün üçün) balıqlar
(hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları
(günah işlədikləri) üçün Biz
onları belə imtahana çəkirdik.