[7:164]
Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail
oğullarından) bir dəstə: "Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?" - dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: "(İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər!" - dedilər.
[7:165]
Onlar (balıq
ovlayanlar) özlərinə verilən öyüdü unutduqları
zaman Biz də (onları) pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah içlədikləri üçün şiddətli bir əzabla məhv etdik.
[7:166]
Qadağan
olunduqları işə (balıq
ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara:
"Həqir (zəlil) meymunlar olun!" -
deyə əmr etdik.
[7:167]
(Ey Rəsulum!) O zaman Rəbbin onlara (yəhudilərə) qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz
ki, O, həm də (tövbəkarları)
bağışlayandır, rəhm edəndir!
[7:168]
(Yəhudiləri) yer üzündə
(ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da,
olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər.
[7:169]
Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib
olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: "Biz (Allah tərəfindən)
bağışlanacağıq!" Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada
(kitabda) olanları oxuyub
öyrənmişdilər. Axirət evi Allahdan
qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
[7:170]
Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında,
lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!