[7:171]
Bir zaman dağı
(Tur dağını) yerindən qoparıb
onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman
etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: "Sizə verdiyimizdən
(Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki,
bəlkə, pis əməllərdən çəkinəsiniz!" -
demişdik.
[7:172]
(Ey Peyğəmbərim!) Xatırla ki, bir
zaman Rəbbin Adəm oğullarının
bellərindən (gələcək) nəsillərini çıxardıb
onların özlərinə (bir-birinə) şahid
tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" -
soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: "Biz bundan
qafil idik";
[7:173]
Və ya: "Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər biz batilə
uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?" - deməməniz üçündür.
[7:174]
Biz ayələrimizi belə ətraflı izah edirik ki,
onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!
[7:175]
(Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də
söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu
[7:176]
Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o,
yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları
(yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!
[7:177]
Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!
[7:178]
Allahın doğru
yola yönəltdiyi kimsə kimsə doğru yoldadır.
Onun (haqq yolundan)
sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.