[7:179]
Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla
(Allahın mö'cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!
[7:180]
Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları
barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah
sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan
azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!
[7:181]
Yaratdıqlarımız
içərisində bir zümrə də vardır ki, onlar
insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.
[7:182]
Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə
yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!
[7:183]
Mən onlara möhlət verirəm. Lakin
dolaşdırıb bəla toruna
salmağım da (naz-ne'mət içində
yaşadıqları halda gözlənilmədən onları əzabla
yaxalamağım da), sözsüz
ki, çox ağırdır!
[7:184]
Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki,
onların yoldaşında
(Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!
[7:185]
Məgər onlar göylərin və yerin mülkünə (Allahın
göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın
yaratmış olduğu hər şeyə, əcəllərinin
yaxınlaşması
ehtimalına diqqət yetirib
düşünmürlərmi? Artıq buna (bu
Qur'ana) inanmadıqdan sonra
hansı kəlama inanacaqlar?
[7:186]
Allah kimi doğru
yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları
öz
azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!
[7:187]
(Ya Rəsulum!) Səndən saat (qiyamət günü)
haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: "O ancaq Rəbbimə mə'lumdur. (Qiyamətin)
qopacağı vaxtı Allahdan
başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!" Sən onun haqqında bir
şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: "O ancaq Allah dərgahında mə'lumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!"