[7:196]
Şübhəsiz ki, mənim hamim Kitabı (Qur'anı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!
[7:197]
Sizin Ondan başqa
tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!"
[7:198]
Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol
göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar
görməzlər!
[7:199]
Sən bağışlama
yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!
[7:200]
Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın.
Şübhəsiz ki, Allah (hər şeyi)
eşidəndir, biləndir!
[7:201]
Allahdan qorxanlara
Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar
(Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb
düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.
[7:202]
(Kafirlərin qardaşları olan
şeytanlar) öz qardaşlarını
azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya Şeytanların
yaxalarından əl çəkməzlər).
[7:203]
(Ya Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman (sənə ayə nazil olmayanda):
"Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? - deyə soruşarlar. De:
"Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Qur'an, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş)
aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.
[7:204]
Qur'an oxunan zaman onu
dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!
[7:205]
Səhər-axşam yalvararaq, qorxaraq, səsini
qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!
[7:206]
Rəbbinin yanında
olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şə'ninə tə'riflər deyər və ancaq Ona səcdəyə qapanarlar!