[8:9]
O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah: ) "Mən
sizin imdadınıza bir-birinin ardınca gələn
min mələklə çataram!" - deyə
duanızı qəbul
buyurmuşdu.
[8:10]
Allah
bu köməyi sizə yalnız sizin üçün bir müşdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[8:11]
O vaxt (Bədr vuruşunda) ?z tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə)
ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.
[8:12]
(Ya
Peyğəmbərim!) Xatırla ki,
o zaman Rəbbin mələklərə belə vəhy edirdi: "Mən də sizinləyəm. Mö'minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam.
Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını)
doğrayın!"
[8:13]
Bu
onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər.
[8:14]
Hələ ki, bunu
(dünyadakı bu əzabı)
dadın. Kafirləri
üstəlik cəhənnəm əzabı
da gozləyir.
[8:15]
Ey iman gətirənlər! Kafirlərlə bir yerə
toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!
[8:16]
(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar
döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim
belə bir gündə düşmənə arxa çevirib
qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni
Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.