[8:53]
(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən ne'məti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi ne'məti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar Allahın ne'mətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına,
itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara
verdiyi ne'mətini qəzəbə, etdiyi
yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi).
[8:54]
Eynilə Fir'on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları
günahlarına görə məhv etdik. Fir'on nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım
idi!
[8:55]
Allah yanında (yer
üzündə) gəzən (yürüyən)
canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər.
[8:56]
Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd
bağladığın kimsələrdir ki, (onu
bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar.
[8:57]
Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara tutacağın
divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri də (qorxudub) dağıt
ki, onlar (bundan) ibrət alsınlar
(bir daha əhdi pozmağa cür'ət etməsinlər)!
[8:58]
Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə
başlamazdan əvvəl) onlarla olan əhdini
pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə e'lan et. Cünki Allah xainləri sevməz!
[8:59]
(Bədr müharibəsində qaçıb)
canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas
olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)
[8:60]
(Ey mö'minlər) Allahın düşmənini və öz
düşməninizi, onlardan başqa
sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq
üçün kafirlərə qarşı
bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah
yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!
[8:61]
Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah
hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!