[9:27]
Bundan
(bu əzabdan) sonra Allah yenə də istədiyinin tövbəsini qəbul edər. Allah
bağışlayandır, rəhm edəndir!
[9:28]
Ey iman gətirənlər! Müşriklər
(batinləri xəbis, e'tiqadları puç və
iyrənc olduğuna, su başına çıxdıqdan
sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət
qüslü etmədiklərinə
görə), doğrudan da,
murdardırlar. ?zlərinin
bu ilindən (hicrətin
doqquzuncu ilindən) sonra Məscidülhərama
yaxınlaşmasınlar.
Əgər yoxsulluqdan (ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz ne'mətindən (verib) sizi mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[9:29]
Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram
buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.
[9:30]
Yəhudilər: "Uzeyr Allahın oğludur", xaçpərəstlər də: "Məsih (İsa)
Allahın oğludur", -
dedilər. Onların ağzında gəzən
bu (boş) sözlər daha
öncə küfr edənlərin ("mələklər
Allahın qızlarıdır"
- deyənlərin) sözlərinə bənzəyir. Allah onları
öldürsün! (Allah onlara lə'nət eləsin!)
Necə də (yalana uyub haqdan)
döndərilirlər!
[9:31]
Onlar Allahı qoyub
alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki
onlar ancaq bir olan Allaha ibadət
etmək əmr
olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik
qoşduqları bütlərdən uzaqdır!)