[9:55]
(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də
oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq
münafiqlərə dünyada əzab vermək, kafir olduqları
halda, canlarını almaq istər.
[9:56]
(Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları
öldürmənizdən ehtiyat edən, buna görə də zahirən özlərini müsəlman kimi
göstərən) qorxaq bir zümrədir.
[9:57]
Əgər onlar bir
sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud
girməyə bir deşik (yer) tapsaydılar, tələsik ora üz tutardılar.
[9:58]
Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər.
[9:59]
Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: "Allah bizə kifayətdir. Allah bizə ?z ne'mətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən). Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!" - deyəydilər!
[9:60]
Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin
utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mö'min olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu
qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər
şeyi) biləndir, hikmət sahibidir!
[9:61]
(Münafiqlər içində) Peyğəmbəri incidib: "O
(hamını dinləyən, hər sözü eşidib
inanan) bir qulaqdır",-
deyənlər də var. De: "O qulaq
sizin üçün bir ne'mətdir. Allaha da
inanır, mö'minlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!"