[9:62]
(Ey mö'minlər!) Onlar sizin razılığınızı
qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mö'mindirlərsə, (bilsinlər ki) Allahın və Onun Peyğəmbərinin
razılığını qazanmaq daha vacibdir!
[9:63]
Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı
çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.
[9:64]
Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: "Siz istehza etməyinizdə olun. Allah
qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!"
[9:65]
(Ya Rəsulum!) Onlardan (Təbuk
döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan:
"Biz ancaq söhbət edib
zarafatlaşırdıq (əylənirdik)",- deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!
[9:66]
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq
kafir oldunuz. Aranızda bir
qismini (tövbə edəcəyinə görə)
bağışlasaq da, digər qismini
günahkar olduğu üçün əzaba düçar edəcəyik!
[9:67]
Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış)
fasiqlərdir!
[9:68]
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu və'd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah
onlara lə'nət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!