[2:127]
Onu da yadına sal ki,
İbrahim və İsmail evin (Kə'bənin) bünövrəsini ucaltdıqları
zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi)
bizdən qəbul et,
Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!" - deyə dua etdilər.
[2:128]
(İbrahim və İsmail dedilər: ) "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət
qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!"
[2:129]
(Onlar yenə dedilər: ) "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Qur'anı) və (oradakı) hikməti onlara
öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən".
[2:130]
(Ya Rəsulum!) ?zünü səfehliyə qoyanlardan
başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən,
Biz onu dünyada (peyğəmbərlik və
Kə'bəni
tə'mir etmə üçün)
seçdik. Şübhə
yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.
[2:131]
Rəbbi İbrahimə
: "(Əmrimə) təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!"
- deyə cavab vermişdi.
[2:132]
İbrahim və (sonra da) Yə'qub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün
(belə bir) din (islam dini)
seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"
[2:133]
(Ey yəhudilər!) Yoxsa Yə'qubun ölümü
yetişdikdə siz onun yanında
idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından
soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların -
İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim
olacağıq (Ona ibadət edəcəyik)!"- dedilər.
[2:134]
Onlar
(İbrahim, Yə'qub və onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların
əməlləri barəsində sizdən
sorğu-sual olunmaz.