[9:94]
(Döyüşdən geri dönüb)
yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: "(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan
belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də". Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna
qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!
[9:95]
Yanlarına
qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz
keçin! (Qoyun qiyamət günü əzabı daha
şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Cünki onlar
murdardırlar və
qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!
[9:96]
Onlardan razı
olasınız deyə,
qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı
olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!
[9:97]
Bədəvilər küfr və nifaq baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[9:98]
Bədəvilər içərisində elələri vardır ki, (Allah
yolunda) xərclədiklərini ziyan sayar və
(bundan xilas olmaq üçün) başınıza bəlalar (münasibətlər) gəlməsini gözləyərlər. (Mö'minlərə arzu etdikləri) bəla (müsibət) öz
başlarına gəlsin! Allah (hər şeyi)
eşidəndir, biləndir!
[9:99]
Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha
yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq
üçün vəsilə sayırlar. Bilin ki, bu onlar üçün (Allaha)
yaxınlaşmağa bir səbəbdir. Allah onları ?z mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!