[9:107]

(Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, mö'minlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",- deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah ?zü şahidlik edəcəkdir!

[9:108]

(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mə'nəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!

[9:109]

Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!

[9:110]

Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə (nigarançılıq və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[9:111]

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən mö'minlərin canlarını və mallarını Tövratda, İncildə və Qur'anda haqq olaraq və'd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!