[9:112]
(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm
təhsil etmək üçün yurdundan
ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı)
qoruyanlardır. (Ya Rəsulum!) Belə mö'minləri (Cənnətlə) müjdələ!
[9:113]
Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan
sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!
[9:114]
İbrahimin öz
atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və'də görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox
dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.
[9:115]
Allah bir tayfanı
doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan)
sapdırmaz! Həqiqətən, Allah hər şeyi (olduğu
kimi, layiqincə) biləndir!
[9:116]
Həqiqətən, göylərin və yerin hökmü (mülkü)
Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin
Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!
[9:117]
Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları
bağışladı). Cünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.