[9:118]
Həmçinin (Təbuk döyüşündən) geri
qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki,
dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun ?zünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah
tövbələri qəbul edəndir, rəhmlidir!
[9:119]
Ey iman gətirənlər! Allahdan qorxun və (imanında,
sözündə, işində) doğru
olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)
[9:120]
Mədinəlilərə və onların ətrafında
olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Cünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq
basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış
olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!
[9:121]
Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad
zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki,
Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab)
yazılmamış olsun!
[9:122]
(Ehtiyac olmadıqda)
mö'minlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır.