[9:123]
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki,
Allah müttəqilərlədir!
[9:124]
Bir surə nazil edildiyi
zaman onlardan (münafiqlərdən): "Bu sizin
hansınızın imanını artırdı?" - deyənlər də var. Mö'minlərə gəlincə, (hər bir surə) onların
imanını artırar və onlar (bu surələrin nazil olmasına)
sevinərlər.
[9:125]
Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların
murdarlığı (küfrə, nifaqı)
üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!
[9:126]
Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar
olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!
[9:127]
(Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: "(Müsəlmanlardan) sizi
görən varmı?" - deyə
soruşur, (görən yoxdursa)
dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!
[9:128]
(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, mö'minlərlə şəfqətli, mərhəmətlidir!
[9:129]
(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O,
bütün kainatın xaliqi və ixtiyar sahibidir!)