[10:62]

Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

[10:63]

O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -

[10:64]

Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi və'dlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!

[10:65]

(Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mə'nasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir!

[10:66]

Bilin ki, göylərdə və yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar - bütün canlılar, bütün məxluqat) hamısı Allahındır (Allahın quludur). Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar (çünki əslində heç kəs Allaha şərik olmağa layiq deyildir və ola bilməz). Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər.

[10:67]

Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda (Allah kəlamını) eşidənlər üçün (ibrətamiz) dəlillər vardır.

[10:68]

(Müşriklər: ) "Allah ?zünə övlad götürdü!" dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda (Allahın ?zünə övlad götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?

[10:69]

(Ya Rəsulum!) De: "Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!"

[10:70]

(Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!