[10:79]
Fir'on: "Nə qədər bilikli sehrbaz varsa, gətirin!" - dedi.
[10:80]
Sehrbazlar gəldikdə Musa: "Nə
atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri yerə atın!)" - dedi.
[10:81]
Onlar (əllərindəkini yerə) atdıqda
Musa dedi: "Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!
[10:82]
Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!"
[10:83]
Fir'onun
və ə'yanlarının bəlası qorxusundan Musaya
öz qövmündən (və ya Fir'on camaatından)
yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Cünki Fir'on o
yerdə hakim idi. O,
(küfr və azğınlıq etməkdə) həddi aşmışdı.
[10:84]
Musa dedi: "Ey
qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa,
Ona təvəkkül edin!"
[10:85]
Onlar dedilər: "Biz yalnız
Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi
zalım tayfanın fitnəsinə uğratma! Zalim
tayfanın əlində sınağa çəkmə!
[10:86]
Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!"
[10:87]
Musaya və qardaşına:
"Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və mö'minləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik.
[10:88]
Musa dedi: "Ey Rəbbimiz! Sən Fir'ona və ə'yan-əşrafına
dünyada zinət və mal-dövlət ehsan etdin! Ey
Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların
mal-dövlətini məhv et və ürəklərini
möhürlə (sərtləşdir)
ki, şiddətli əzabı görməyincə
iman gətirməsinlər!"