[2:142]
(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: "(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?" (Ya Rəsulum!
Onların cavabında) de:
"Şərq də, Qərb də Allahındır. O,
istədiyi şəxsi doğru
yola yönəldər".
[2:143]
(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid
olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid
olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kə'bəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) tə'yin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kə'bəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın
doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin
imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız
namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.
[2:144]
(Ya Rəsulum!) Biz sənin üzünün
göyə tərəf çevrildiyini görürük,
ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada
olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah
onların əməllərindən xəbərsiz deyildir.
[2:145]
(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki,
zalımlardan sayılarsan!