[10:98]
Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı
özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? (Yunisin ümməti) iman gətirən zaman onları
dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik.
[10:99]
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların
hamısı iman gətirərdi. İnsanları iman
gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir).
[10:100]
Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (?zünün öyüd-nəsihətlərini, hökmlərini)
anlamayanları əzaba (kəsafətə) düçar edər.
[10:101]
De: "Bir gör
göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və (Allahın əzabı ilə
qorxudan) peyğəmbərlər heç bir fayda verməz!
[10:102]
Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri (başlarına gələn müsibətlər) kimi bir gün gözləyirlər!" De: "Gözləyin, doğrusu, mən də sizinlə
birlikdə gözləyənlərdənəm!"
[10:103]
Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Mö'minləri (verdiyimiz və'də əməl edərək) belə xilas etmək Bizə vacibdir.
[10:104]
De: "Ey insanlar! (Ey
Məkkə müşrikləri!) Əgər mənim dinim bardəsində şübhəyə düşmüsünüzsə, (bilin ki) mən Allahı
qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə mö'minlərdən olmaq əmr edilmişdir".
[10:105]
Və: "Batildən haqqa tapınaraq üzünü islam dininə çevir, müşriklərdən olma,
[10:106]
Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, - deyə
buyurulmuşdur.