[11:13]
Yoxsa (müşriklər): "Onu (Qur'anı)
özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da
köməyə çağırın.
[11:14]
Yox, əgər (köməyə
çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil
olmuşdur. Ondan başqa heç bir
tanrı yoxdur! (Bütün bunlardan sonra) islamı qəbul etməzmisiniz?
[11:15]
Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada
yaxşı işlər görüb
e'tiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Cünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə
dünyanın özündə verər).
[11:16]
Belələrini axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir
payı yoxdur. Onların
dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!
[11:17]
Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir
şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhmət olan kitabının
(Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar
kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qur'ana
inanırlar. (Ya Rəsulum!) Qur'anı inkar edən zümrənin (bütün müşriklərin və kafirlərin) və'd olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz!
[11:18]
Allaha iftira yaxandan
(öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın
hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud
insanın öz bədəninin üzvləri) belə deyərlər: "Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!" Bilin ki, zalımlar
Allahın lə'nətinə gələcəklər!
[11:19]
O kəslər ki, (insanları) Allah
yolundan döndərir, onu (yolu) əymək istəyirlər - onlar, məhz onlar axirəti inkar edənlərdir.