[11:20]
Onlar yer üzündə (Allahı) aciz qoya
(Allahın əzabından qaçıb
canlarını qurtara) bilməzlər. Allahdan başqa
onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar
(haqqı) eşidə bilməz və (onu) görməzlər!
[11:21]
Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar.
[11:22]
Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar
onlardır!
[11:23]
İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!
[11:24]
Bu iki tayfanın
(kafirlərin və mö'minlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?
[11:25]
Həqiqətən, Biz Nuhu öz
tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən sizi
(Allahın əzabı ilə)
açıq-aşkar qorxudan bir peyğəmbərəm!
[11:26]
Allahdan
başqasına ibadət etməyin. Mən (cəzası) şiddətli
(ağrılı-acılı) günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
[11:27]
(Nuh) tayfasının
kafir ə'yan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük.
Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!"
[11:28]
(Nuh) dedi: "Ey
camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir
dəlilə (mö'cüzəyə) istinad etsəm, Rəbbim mənə ?zündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa
(sizin bəsirətsiz gözünüz onu
görməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!