[11:38]
(Nuh) gəmini düzəldir, ümmətinin ə'yan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara
deyirdi: "Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.
[11:39]
Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!"
[11:40]
Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin
qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: "Hər heyvandan biri erkək, biri dişi
olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş
şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!" Əslində onunla birlikdə
(tayfasından) çox az adam iman gətirmişdi.
[11:41]
Nuh dedi: "Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da
Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!"
[11:42]
Gəmi onları dağlar
kimi (yüksək) dalğaların içi
ilə apardığı zaman Nuh (gəmidən) aralı olan
oğlunu (Kən'anı) haraylayıb
dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!"
[11:43]
(Oğlu ona) belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni
[11:44]
(Allahdan bir əmr olaraq: )
"Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla
(açıl)!" - deyildi. Su çəkildi.
İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: "Zalımlar məhv (Allahın
mərhəmətindən uzaq) olsun!" - deyildi.
[11:45]
Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi:
"Ey Rəbbim! Oğlum (Kən'an) mənim ailə üzvlərimdəndir. Sənin və'din, sözsüz ki,
haqdır. Sən hakimlərin hakimisən!"