[11:46]
(Allah) buyurdu: "Ey
Nuh! O sənin ailəndən deyildir. Cünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)".
[11:47]
(Nuh) dedi: "Ey Rəbbim! Bilmədiyim bir
şeyi Səndən istəməkdən (belə bir işə cür'ət etməkdən) Sənə
sığınıram. Əgər məni
bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!"
[11:48]
(Sonra) belə deyildi: "Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək (mö'min) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək) bə'zi ümmətlərə də (dünyada)
dolanışıq verəcək, sonra isə (axirətdə) onları şiddətli bir əzaba düçar edəcəyik!"
[11:49]
Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq
onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!
[11:50]
Ad tayfasına da
qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr.
Siz isə (Allaha şərik qoşmaqla) yalnız iftiraçısınız!
[11:51]
Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım
yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?
[11:52]
Ey camaatım! Rəbbinizdən
bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki,
göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də
artırsın. (Mənim də'vətimdən və imandan) günahkar olaraq üz
çevirməyin!"
[11:53]
Onlar da dedilər: "Ey Hud! Sən bizə açıq-aşkar bir
mö'cüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!