[2:146]
Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz
oğullarını
tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq)
onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.
[2:147]
(Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!
[2:148]
Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!)
Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə
toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!
[2:149]
(Ya Rəsulum!) Hər hansı bir
yerə getdikdə, (namaz
vaxtı) üzünü Məscidülhərama (Kə'bəyə) tərəf çevir! Cünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.
[2:150]
(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz
vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar.
Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan ne'mətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.
[2:151]
Həmçinin (ne'mətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi
(günahlardan) təmizləmək, Kitabı
(Qur'anı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
[2:152]
Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!
[2:153]
Ey iman gətirənlər! Səbir və dua ilə (namazla
Allahdan) kömək diləyin. Cünki Allah səbr edənlərlədir (onların dostudur).