[11:109]
Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (bütlərin) batil olmasına şübhə etmə. Onlar ancaq
atalarının əvvəlcə ibadət etdikləri kimi
(kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!
[11:110]
Biz Musaya kitab
(Tövrat) verdik və onun
(Qur'anın) barəsində də ixtilaf düşdü (yəhudilərin bə'zisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı),
şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun (Qur'anın) barəsində də şəkk-şübhədədirlər!
[11:111]
Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını
verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!
[11:112]
(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda)
ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib
ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!
[11:113]
Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız).
Sizin Allahdan başqa dostunuz
(himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç
bir) kömək olunmaz!
[11:114]
(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə'ni səhər, günorta və gün batan
çağı və ya günün iki başında, yə'ni səhər-axşam) və gecənin (gündüzə yaxın) bə'zi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi)
yaxşı əməllər pis işləri (kiçik günahları)
yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada
salanlara öyüd-nəsihətdir (xatırlatmadır).
[11:115]
(Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay
etməz!
[11:116]
Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara
yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş ne'mətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular.
[11:117]
Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız
yerə məhv etməz!