[11:118]
Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi. Onlar (yəhudi, xaçpərəst,
atəşpərəst
və i. a. olmaqla dinləri barəsində)
hələ də
ixtilafdadırlar.
[11:119]
Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları
bunun üçün (belə bir ixtilafa düşdüklərinə
görə xoşbəxt və
bədbəxt,
mö'min və kafir, cənnət
və cəhənnəm
əhli) yaratmışdır. (Allah insanların dində
ixtilafda olub-olmayacaqlarını, özlərini
necə aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək
işlərini və hərəkətlərini
öz qüdrət qələmi ilə
lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): "Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" - sözü tamamilə yerinə yetdi!
[11:120]
(Ya Rəsulum!) Biz peyğəmbərlərin
xəbərlərindən
(başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək
(qəlbinə qüvvət verəcək)
nə varsa, (hamısını) sənə
nağıl edirik. Bu (surə) sənə haqq, mö'minlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!
[11:121]
İman gətirməyənlərə de: "Siz etdiyinizi
(bacardığınızı) edin, biz də etdiyimizi edəcəyik!
[11:122]
Və (düçar olacağınız əzabı) gözləyin. Biz də
gözləyirik!"
[11:123]
Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun
elmindədir). Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!
Yûsuf
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[12:1]
Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur'anın)
ayələridir!
[12:2]
(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Qur'an olaraq nazil etdik ki, (mə'nasını ) anlayasınız.
[12:3]
(Ya Rəsulum!) Biz bu Qur'anı sənə vəhy
etməklə sənin üçün ən gözəl
hekayəti (qissəni)
danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin.
[12:4]
Bir zaman Yusif
atasına demişdir: "Atacan! Mən
(yuxuda) on bir ulduz və Günəşlə
ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə'zim)
edirlər".