[12:5]
(Atası Yə'qub) dedi: "Can
oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Cünki Şeytan
insanların açıq-aşkar düşmənidir.
[12:6]
(Yuxuda gördüyü kimi)
Rəbbin səni
(başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne'mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yə'qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!"
[12:7]
Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.
[12:8]
Bir zaman (Yusifin
qardaşları öz aralarında) belə demişdilər: "Biz (bir-birimizə bağlı,
sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif
və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza
daha əzizdirlər. Həqiqətən, atamız
açıq-aşkar səhv edir!"
[12:9]
(Aralarında biri dedi:
) "Yusifi öldürün və ya (uzaq) bir
yerə atın ki, atanız
mehrini yalnız sizə salsın.
Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat
olarsınız!"
[12:10]
Bir başqası
(Rubil və ya Şəm'un) belə dedi: "Yusifi öldürməyin, onu bir
quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər".
[12:11]
Onlar dedilər: "Ata! Biz Yusifin
xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə e'tibar etmirsən?
[12:12]
[12:13]
(Yə'qub) dedi: "Onu
aparmağınız məni çox mə'yus edər
(ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!"
[12:14]
Onlar: "Biz güclü bir
dəstə (on bir nəfət) ola-ola (gözümüzün
qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!" - deyə cavab verdilər.