[12:15]
(Qardaşları) onu
(Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): "Sən (bir vaxt)
onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!" - deyə vəhy etdik.
[12:16]
Onlar axşamüstü
ağlaya-ağlaya atalarının yanına gəldilər.
[12:17]
Və dedilər: "Ata! Biz (at çapmaq, yaxud
qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə
yarışmaq üçün (səhraya)
getmişdik və Yusifi şeylərimizin
(libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu
yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!"
[12:18]
Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yə'qub) dedi: "Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan
olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan
kömək diləmək lazımdır!"
[12:19]
Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su
dalınca) göndərdilər. (Suçu) qabını
suya salan kimi: "Müjdə! Bu bir
oğlandır! - dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib
saxladılar. Allah onların nələr etdiyini (Yusifin
başına nə oyunlar
açdığını) biləndir!
[12:20]
(Yusifi tə'qib edən
qardaşları işin nə yerdə olduğunu bildikdə: "Bu bizim qaçmış köləmizdir! - deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu
işdə pul qazanmaq deyil,
yalnız Yusifdən xilas olmaq, onu atası
Yə'qubdan ayırmaq məqsədini güddükləri üçün
qardaşlarını baha məbləğə satmağa)
tamah göstərmədilər.
[12:21]
(Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz
zövcəsinə belə dedi: "Ona
hörmət et (yaxşı bax).
Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa
götürək!" Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah ?z işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin
insanların əksəriyyəti (bunu) bilməz!
[12:22]
(Yusif gəncliyinin) ən yetkin
dövründə (17,18,21,30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz
yaxşı işlər görənləri belə mükafatlandırırıq!