[2:154]
Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu
dərk etmirsiniz.
[2:155]
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can
(övlad) və məhsul
qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
[2:156]
O kəslər ki, başlarına bir
müsibət gəldiyi zaman:
"Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına)
qayıdacağıq!" deyirlər.
[2:157]
Onları Rəbbi tərəfinfən bağışlanmaq
və rəhmət (Cənnət) gözləyir. Onlar
doğru yolda olanlardır!
[2:158]
(Ey mö'minlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kə'bəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları
təvaf etməsində (ətrafına
dolanmasında) heç bir günah
yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq
yaxşı bir iş görərsə, Allah (onun etdiyi
yaxşı işdən) razı
qalandır (əvəzini verəndir), (onu) biləndir.
[2:159]
Kitabda (Tövratda)
insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lə'nətinə düçar olar və bütün lə'nət edə bilənlər də onlara lə'nət oxuyar.
[2:160]
Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda
buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
[2:161]
Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lə'nəti olsun!
[2:162]
Onlar həmişəlik lə'nət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).
[2:163]
Sizin tanrınız
bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.